Bacısının zəngi onu AĞLATDI - FOTO

14 Mart 2025 19:07

Aparıcı Mətanət Əliverdiyeva ad gününü "Qonaqcanlı" verilişində keçirib. 

Milli.Az xəbər verir ki, canlı yayım zamanı bacısı Esmira efirə zəng edib. Onun sözləri M.Əliverdiyevanı ağladıb. 

Aparıcı "O mənə bacı yox, anadır. Ona görə kövrəldim. Məndən 10 yaş böyükdür. Təsəvvür edin evə körpə gəlir və hər zaman səni qoruyur. O, indi də mənə lazımdır. Hər zaman məni qoruyub" deyə, bacısı haqda deyib.  /Axşam.az

Milli.Az