34 yaşlı kişi öldürüldü - şübhəli atasıdır

14 Mart 2025 15:13

Bu gün səhər saatlarında Tərtərdə qətl hadisəsi törədilib.

Milli.Az xəbər verir ki, rayonun Kəngərli kənd sakini 34 yaşlı Emin Həsənzadə yaşadığı evin həyətində bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs - Eminin atası Muğan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az