Ulduzlararası. Mystery Ensemble. Şam işığında konsert

14 Mart 2025 14:43

Unikal konsert 22 mart saat 18:00 və 20:00-da Bakının mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqisinin fantastik, atmosfer Zalında keçiriləcək. Minlərlə parıldayan şamlarla, 19-cu əsrin atmosfer interyerlərində məşhur Mystery Ensemble ilə birlikdə ikonik "Ulduzlararası" kosmik filminin fantastik dünyasına qərq olacaqsınız!

Christopher Nolan`ın fantastik eposu üçün heyranedici saundtreklərin müəllifi Hans Zimmer dövrümüzün ən böyük film bəstəkarlarından biridir.

"Ulduzlarası" süjetini sizlərə xatırladaq! Quraqlıq, toz fırtınaları və bitkilərin yox olması, bəşəriyyəti qida böhranına apardıqda, bir qrup tədqiqatçı və alim insanlığa uyğun şərtləri olan bir planet tapmaq üçün səyahətə çıxır...

Konsertin sirli sehri musiqiçilərin ətrafındakı memarlıq və bənzərsiz işıqların köməyi ilə təşkil olacaq. Unikal  musiqi salonunun tağları altındakı minlərlə  şamın titrəməsi, əzəmətli orqan ansamblının tamaşaçılarını musiqinin sirli dünyasına aparacaq.

Bu unikal musiqi macərası, şübhəsiz ki, 2025-ci ilin mart ayının ən isti, ən rahat və ən gözəl xatirələrindən biri olacaqdır. Bu baharın ən romantik konsertlərindən birinə bilet almaq üçün tələsin!

Konsertin təşkilat agentliyi RED EVENTS & Distribution Ltd. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az