Tərtərdə ata oğlunu qətlə yetirib

14 Mart 2025 14:13

Tərtərdə ata oğlunu bıçaqlayaraq qətlə yetirib.

Trend xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində baş verib.

1968-ci il təvəllüdlü Muğan Həsənov oğlu 1991-ci il təvəllüdlü Emin Həsənzadəni bıçaqlayıb.

M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az