"Fənərbağça və Qalatasaray" bu tarixdə qarşılaşacaq

14 Mart 2025 15:55

Fənərbağça və Qalatasaray arasındakı derbinin tarixi açıqlanıb.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsindəki bu qarşılaşma 2 aprel 2025-ci il, çərşənbə günü saat 20:45-də keçiriləcək. Eyni gün Trabzonspor - Bodrum FK matçı da saat 17:45-də olacaq.

Fənərbağça və Qalatasaray bu mövsümdəki iki liqa matçında da qarşılaşıb. İlk qarşılaşmada Qalatasaray Fənərbağçanı 3-1 hesabı ilə məğlub edib, ikincisi isə 0-0 bərabərliklə başa çatıb.

Qalatasaray 29 martda səfərdə Beşiktaşla oynayacaq, ardınca isə 2 apreldə Fənərbağçaya qarşı çıxacaq.

Fənərbağça isə Qalatasaray matçından sonra Trabzonsporla qarşılaşacaq.

Milli.Az