Abşeronda qadın hamamda boğulub öldü

14 Mart 2025 13:00

Abşeronda qadın qazdan boğulub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi Babək küçəsində qeydə alınıb.

67 yaşlı İbrahimova Bənövşə İbrahim qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az