Qadınlar seksi çox sevirlər, yoxsa kitab oxumağı?
14 İyul 2012 23:49
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Dottybingo" saytının keçirdiyi sorğuda 25-50 yaş arası 400 qadın iştirak edib.
Rəyi soruşulanlardan 43 faizi bildirib ki, "Boz rəngin 50 çaları" romanını oxuyandan sonra intim həyatın darıxdırıcı olduğunu anlayıblar. Buna görə də həmin qadınlar erotik əsərlərə intim həyat yaşamaqdan daha çox üstünlük verirlər.
Rəyi soruşulanların 91 faizi deyib ki, həyatlarında heç olmasa bir erotik əsər oxuyublar. Qadınların 68 faizi isə deyib ki, tez-tez bu cür əsərlər oxumağa üstünlük verirlər.
Milli.Az