Qızılın qiymətində tarixi REKORD

14 Mart 2025 10:00

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3 000 ABŞ dollarını ötüb.

Milli.Az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3 000,8 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,84% artaraq 34,6 ABŞ dollarına bərabər olub.

Milli.Az