Gəncədə yeniyetmə oğlanlar YOXA ÇIXDI: Bakıya gəlirmiş...

14 Mart 2025 09:56

Gəncədə yeniyetmə oğlanlar itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Abdulla Sur küçəsində yaşayan 14 yaşlı Yaqubov Yəhya Əsgər oğlu evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Həmçinin 17 yaşlı Əliyev Kamil İlkin oğlu Bakıya getmək adı ilə martın 9-da gecə saatlarında dostunun Ə. Nəzərov küçəsindəki evindən çıxıb və itkin düşüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az