07:44
Xəbər verdiyimiz kimi, TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə qəzaya düşərək vəfat edib.
S. Abdullazadənin qəzaya düşməzdən 1 gün öncə işə düzəldiyi məlum olub.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. Həmçinin S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkmiş.
Xatırladaq ki, o, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.
----------
21:28
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsində həlak olan Sevil Abdullazadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi imiş.
Milli.Az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi adını qazanmışdı.
O, əslən Ağstafa rayonunun Dağkəsəmən kəndindən olub.
Milli.Az