"Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb

13 Mart 2025 17:27

"Bavariya" Neymarı transfer edə bilər "Santos"un yarımmüdafiəçisi Neymar yenidən Avropaya qayıda bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Bavariya" rəhbərliyi onu yayda azad agent kimi transfer etməyi düşünür.

"Qalatasaray"ın da heyətinə qatmaq istədiyi 33 yaşlı futbolçunun "Santos"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Bu klubun yetirməsi olan Neymar "Barselona", PSJ və "Əl-Hilal"ın formasını geyinib. O, yeni mövsümə hansı komandada başlayacağına yayda qərar verəcək.

Milli.Az