Sülh sazişin mətni ilə bağlı danışıqlar prosesi artıq yekunlaşıb - Ceyhun Bayramov

13 Mart 2025 15:39

Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb", - o bildirib.

Milli.Az