Rusiyada güclü yanğın oldu

13 Mart 2025 19:00

Moskvada İstilik Elektrik Stansiyasının yerləşdiyi ərazidə yanğın olub.

Milli.Az xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ərazidəki İES-in fəaliyyətinə təsir göstərmir.

Yanğın məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir. 

Asya
Milli.Az