"Albaniya ilə Azərbaycan arasındakı dostluq uzunmüddətli qarşılıqlı əməkdaşlıqda öz əksini tapır".
Milli.Az xəbər verir ki, bu fikirləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
O qeyd edib ki, əməkdaşlıqda iqtisadiyyat və infrastruktur layihələrini xüsusi vurğulamaq lazımdır: "Biz Azərbaycan və Albaniya arasındakı əməkdaşlığa və onun inkişafına sadiqik. Bu, bizim xalqların marağına cavab verir".
Milli.Az