Niderlandın xarici işlər naziri Azərbaycan sərhədinə getdi - FOTO

13 Mart 2025 11:56

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının Monitorinq Missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində olublar.

Milli.Az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Niderland Xarici İşlər Naziri Kaspar Veldkamp, ​​Niderland Krallığının Ermənistandakı səfiri Marike Monroy-Vinter və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etmək şərəfdir", - müşahidə missiyasının X hesabında bildirilib. /"Unikal" 

Milli.Az