Bu sosisdən almayın - Nazirlik saxtakarlığı ifşa etdi: Mal əti əvəzinə...

13 Mart 2025 10:39

Türkiyənin kənd təsərrüfatı və meşə nazirliyi vətəndaşların sağlamlığını təhlükəyə atan saxta və keyfiyyətsiz qida məhsulları istehsal edən şirkətlərin adlarını açıqlamağa davam edir.

Milli.Az xəbər verir ki, nazirliyin son siyahısında pendir, toyuq sosis, kərə yağı, köftə, çiçək balı və kangal sosis kimi məhsullar yer alıb.

Manisada üç şirkətə məxsus çiçək balı istehsalında saxtakarlıq və keyfiyyətsiz məhsul istehsalı aşkar edilib. Doqquz zeytun yağı istehsalçısının məhsullarında isə zeytun yağına toxum yağı qatıldığı müəyyən olunub. "Afyon sucukları" markasının etiketlənməmiş dana sosis məhsulunda toyuq əti aşkar edilib. Siyahıda "Yörükoğlu Peynir" markası da diqqət çəkib. Məşhur markanın dana sosis məhsulunda toyuq əti olduğu müəyyən edilib.

Balıkəsirdə fəaliyyət göstərən "Hüseyin Gediz Gıda və Sanayisi" şirkətinin "Hüseyin Gediz" markalı "Olğunlaşdırılmış tam yağlı qoyun, keçi və inək südündən ağ pendir" məhsulunda fırıldaqçılıq faktı müəyyən edilib. "Keçi südü" olduğu iddia edilən məhsulda keçi südü ilə yanaşı, qoyun südünün də istifadə edildiyi aşkar olunub.

İsmayıl
Milli.Az