"Mercedes"lə "VAZ" 21015 toqquşdu - 6 nəfər xəsarət alıb

13 Mart 2025 09:51

Ötən gün Beyləqanda baş verən qəzada altı nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan dörd nəfərinin Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az