Yük maşınları toqquşdu - FOTO

13 Mart 2025 09:17

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  rayonun Məmmədli kəndində iki yük maşını toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Ərazidə FHN-in xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerindən görüntünü təqdim edirik:

Milli.Az