Bakıda tıxacı azaltmaq üçün maraqlı üsul - VİDEO

13 Mart 2025 00:16

Bakıda hərəkət intensivliyini təmin etmək üçün bir sıra küçə və prospektlərdə "yaşıl dalğa" rejimi tətbiq olunur. Xüsusilə pik saatlarda mərkəzi yollarda işıqforların intervalı nizamlanaraq sıxlıq olan ərazilərdə axın artırılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Nəqliyyat İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, məqsəd avtomobillərin tam dayanması yox, daim hərəkətdə olmasıdır. Dalğanın müddəti isə 2 dəqiqə aralığında dəyişir.

Mərkəzdən o da qeyd edildi ki, nəqliyyatın vəziyyətindən asılı olaraq ümumilikdə 60-a yaxın küçə və prospektdə olan işıqforlara "yaşıl dalğa" əmri verilə bilir. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi olaraq yol polisi əməkdaşları ilə də informasiya mübadiləsi aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az