"İki həftə sonra istefa ver deyə qışqırmayın".
Bunu "Trabzonspor"un yeni baş məşqçisi Fatih Tekke deyib.
Çalışdırıcı komanda ilə hazırlıq məşqinə gedərkən onu dəstəkləyən azarkeşlərə səslənib: "Həmişə belə dəstək olun. İki həftə sonra deməyin ki, istefa ver. Tam dəstək olun, söz verirsiniz?"
Qeyd edək ki, F.Tekke ötən gün "Trabzonspor"un baş məşqçisi təyin edilib. O, təcrübəli çalışdırıcı Şenol Günəşin yerinə gəlib. (qafqazinfo)
Milli.Az