Sabah bu ərazilər qazsız qalacaq

12 Mart 2025 18:40

Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qeyd edlib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin, sabah İmişli rayonunda 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.

Otuzikilər QPS-dən qidalanan Qızılkənd kəndində müxtəlif diametrli qaz xəttlərində aşkar olunmuş qaz sızmlarının ləğvi və təmir işlərinin görülməsi məqsədi ilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (677 abonent) qaz təminatının daxili dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Milli.Az