Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa...

12 Mart 2025 18:25

"Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:

"Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu etmədiyimizi gördükdə bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə danışmaq hələ tezdir. Bu məsələ ABŞ və Rusiya rəsmiləri arasındakı dialoqdan asılı olacaq".

Milli.Az