"Aşk-ı Memnu"nun aktyorları 15 ildən sonra - FOTO

12 Mart 2025 18:30

"Aşk-ı Memnu" serialında birgə rol alan aktyorlar Selçuk Yöntem və Kıvanç Tatlıtuğ uzun aradan sonra bir araya gəlib.

Milli.Az axşam.az-a istinadla xəbər verir ki, aktyorlar "Amadeus" tamaşasını izləmək üçün görüşüblər.

Görüşdə aktrisalar Hatice Arslan, Dilan Çiçek Deniz və rejissor Kerem Çatay da yer alıb. Onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selçuk Yöntem "Adnan", Kıvanç Tatlıtuğ isə "Behlül"ü canlandırıb.

Milli.Az