Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.
Milli.Az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinərək ona 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.
Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar.
Görüntüləri təqdim edirik: (Lent.az)
Milli.Az