Mourinyo aldığı cəzadan danışdı : " “Qalatasaray” forması geyinərək... "

12 Mart 2025 17:30

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo aldığı cəza ilə bağlı sərt açıqlamalar verib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis cəzanın obyektiv olmadığını iddia edib:

"4 oyunluq cəza aldım. Axşam bir də baxdım ki, mənə cəza verən İntizam Komitəsinin prezidenti keçmişdə "Qalatasaray" forması geyinərək klubla çempionluğu qeyd edib".

Qeyd edək ki, Joze Mourinyo Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Onun "Qalatasaray"la oynanan derbidən (0:0) sonra hakim otağına gedərək ədalət təmsilçilərini təhqir etdiyi bildirilir.

Milli.Az