Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
Milli.Az yerli mediaya istinadla bildirir ki, 49 yaşlı Berejnoy Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.
Mənbələr bildiriblər ki, istintaq onun polis binasındakı təmir işlərinin 2023-cü ildə qəbul edilməsini əmr etdiyini göstərir. Berejnoy həmçinin saxta sənədlərlə "Neptun 550" xidmət katerini qeydiyyata almaqda və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Berejnoy 2017-ci ildə şöbə müdiri vəzifəsinə təyin edilib. O, çoxsaylı dövlət mükafatlarına, o cümlədən "İgidliyə görə" ordeni və "İgidliyə görə" medalına layiq görülüb. Berejnoy 2024-cü ilin payızında şöbə müdiri vəzifəsini tərk edib. /lent.az
Milli.Az