“Ərimin yanında biabır oldum” - FOTO

12 Mart 2025 14:18

Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun müddətdən sonra Bakıya gəlib.

Milli.Az bildirir ki, sənətçi "Qonaqcanlı" verilişində bacısı, stilist və vizajist Nigar İbrahimova ilə həyat yoldaşı, iş adamı Ceyhun İzerlə arasında olan dialoqdan söz açıb.

İradə bildirib ki, bacısının onun ərinə söylədiyi sözlərdən sonra utanıb:

"Bacım Nigar həyat yoldaşım Ceyhuna dedi ki, İstanbula nifrət edirəm, çünki bacımı məndən aldı. Onun bu sözlərinə isə mən çox utandım. Ərimin yanında biabır oldum. Bacımın bu sözlərindən sonra Ceyhuna baxıb dedim ki, o belə demək istəmirdi, əslində başqa cür demək istəyirdi (gülür)".

Qeyd edək ki, İ.İbrahimova 13 il əvvəl 2009-cu ildə ailə həyatı qurub. İradə-Ceyhun cütlüyünün İpək adlı qızı, Əli adlı oğlu var. /Olay.az

Milli.Az