Bakıda qadın özünü öldürdü
31 May 2010 10:53
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Zabrat qəsəbəsində yaşayan 41 yaşlı Rahilə Məmmədova özünü asıb. Mərhumun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.
R.Məmmədovanın özünü hansı səbəbdən öldürməsi məlum deyil.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az