Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı - ANBAAN VİDEO

12 Mart 2025 12:50

Türkiyədə dava zamanı bir nəfər yol polisinin başına tullanıb.

Milli.Az yerli mediaya istinadla bildirir ki, hadisə Aydın şəhərinin Bozdoğan qəsəbəsində baş verib.

Dəvə döyüşü festivalında gözlənilmədən tərəflər arasında dava yaranıb. Ərazidə olan yol polisi onları ayırmaq üçün dava iştirakçılarına müdaxilə edib. Bu zaman naməlum şəxs tullanaraq, polisin başını əzməyə çalışıb. Bu anları ətrafda olanlardan biri telefonla çəkib.

Görüntülər sosial şəbəkələrdə yayılıb və faktla bağlı cinayət işi açılıb. /Lent.az

Milli.Az