Afra jurnalistlərə üsyan etdi... - VİDEO - FOTO

13 Mart 2025 10:00

Türkiyəli aktrisa Afra Saraçoğlunun sosial media fenomeni Şeyma Subaşının keçmiş əri, misirli iş adamı Mohammed Alsaloussi ilə eşq yaşadığı barədə müzakirələr səngimək bilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Paris Moda Həftəsindən qayıdan aktrisaya aeroportda bu iddialarla bağlı sual ünvanlanıb.

27 yaşlı Afra həmin sualı verən müxbirə göstərdiyi reaksiya ilə diqqət çəkib. O, mimikası ilə suallardan bezdiyini ifadə edərək xəbəri təkzib edib.

Qeyd edək ki, A. Saraçoğlu hazırda "Yalı çapkını" serialında "Seyran" obrazına həyat verir. O, ekran işində tərəf müqabili Mert Ramazan Demirle uzun müddət sevgili olub.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az