Ağır QƏZA: VAZ-2107 avtobusa ÇIRPILDI - FOTO

12 Mart 2025 11:16

Ötən gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəsəbənin 28 May küçəsində "BakuBus"a məxsus sərnişin avtobusu VAZ-2107 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.

"Bu gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 125 nömrəli marşrut xəttinə məxsus avtobus qəzaya düşüb".

Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.

"Ötən gecə saat 21:45-də, Lökbatan qəsəbəsində 28 May küçəsi, 41 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "BakuBus" MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-856 dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəyib.

İlkin məlumata əsasən, hadisəyə 77-TF-207 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsünün yüksək sürət səbəbindən idarəetməni itirərək dayanacaqda dayanmış vəziyyətdə olan avtobusa arxadan çırpılması səbəb olub.

Hadisə zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara dərhal məlumat verilib və araşdırmalara başlanılıb", - deyə qurum rəsmisi qeyd edib.

Milli.Az