Ukraynadakı müharibə diplomatik yolla başa çatmalıdır. Üstəlik, Ukrayna istənilən sülh sazişinin tərkib hissəsi kimi suveren ölkə olaraq qalmalıdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel "Rheinische Post" qəzetinə müsahibəsində deyib.
O, Rusiya Prezidenti Vladimir Putini suveren ölkəyə hücumda ittiham edib.
Onun sözlərinə görə, Kreml rəhbəri nəinki beynəlxalq hüququ pozub, həm də İkinci Dünya müharibəsindən sonrakı dünya düzənini məhv edib.
Milli.Az