Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi 81 vilayətdə apardığı yoxlamalar nəticəsində qanunvericiliyə zidd olaraq kolbasa istehsalında at və quş əti istifadə edən 6 şirkəti aşkar edib.
Milli.Az xəbər verir ki, bu şirkətlərin məhsulları "mal əti kolbasa" etiketi ilə təqdim edilsə də, tərkibində quş əti və digər arzuolunmaz maddələr müəyyən edilib.
Nazirlik bu cür məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirərək, istehlakçıları diqqətli olmağa çağırıb. Saxta və təhlükəli qidaların siyahısı mütəmadi olaraq Nazirliyin rəsmi saytında yenilənir.
İstehlakçılara qida məhsullarını alarkən etiket məlumatlarını diqqətlə oxumaq və məhsulun tərkibi, istehsal tarixi və saxlanma şəraiti haqqında məlumatları yoxlamaq tövsiyə olunur. Bu, məhsulun keyfiyyəti və təhlükəsizliyi barədə əminlik yaradır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə kolbasa və sosiska kimi işlənmiş ət məhsullarının gündəlik istehlakını 50 qramdan az saxlamağı tövsiyə edir, çünki bu məhsulların çoxmərhələli kimyəvi emalı sağlamlığa zərərli təsirlər göstərə bilər.
Fidan
Milli.Az