ABŞ prezidenti Donald Tramp baş müşaviri və Tesla şirkətinin baş direktoru İlon Maska dəstəyini göstərmək üçün Tesla avtomobili alıb.
Milli.Az xəbər verir ki, "Bu adam bütün gücünü və həyatını buna həsr edib və məncə ona qarşı ədalətsizlik olub" deyən Tramp Ağ Evin bağçasına gətirilən Tesla avtomobilləri ilə kameralar qarşısına keçiblər.
Normalda özü avtomobil sürmədiyini, lakin Maska dəstəyini göstərmək üçün avtomobil alacağını qeyd edən Tramp, bunları deyib:
"Mən onu alacağam, çünki bir nömrəli, əla məhsuldur, olduğu qədər yaxşıdır. İkincisi, bu, enerjisini və həyatını buna həsr etmiş bir insandır və məncə ona qarşı haqsızlıq edilib". /Lent.az
Milli.Az