Salah göz yaşlarını saxlaya bilmədi - FOTO

12 Mart 2025 08:25

Xəbər verdiyimiz kimi, "Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində penaltilər seriyasında PSJ-yə məğlub (1-4) olaraq turnirlə vidalaşıb.

Milli.Az xəbər verir ki, mersisaydlıların ulduzu Məhəmməd Salah məğlubiyyətlərinə emosional reaksiya verərək göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, misirli futbolçu sözügedən matçda öz penalti zərbəsini dəqiq yerinə yetirib.

Milli.Az