İraqın Bitlis-Zaqros bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Hakkarinin Yüksekova rayonunda da hiss edilib. Türkiyəli seysmoloq Prof. Dr. Naci Görür isə bölgədə daha çox zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
"Bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında çox sıxılıb. Daha çox zəlzələ gözlədiyimiz bir ərazidir".
Milli.Az