Marko Rubio: Rusiyanın razılaşacağına ümid edirik

12 Mart 2025 00:48

"Sülh məsələsində Rusiyanın əli daha güclüdür. Rusiyanın razılaşacağına ümid edirik."

Milli.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ciddədə Ukrayna tərəfi ilə baş tutmuş danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.

Rubio bildirib ki, ABŞ Ukraynanın 30 günlük atəşkəsə razı olduğunu Rusiya tərəfinə çatdıracaq.

"Ukrayna müsbət addım atdı və ümid edirik ki, ruslar buna cavab verəcəklər. Bu, bizim gözlədiyimiz kimi xoş niyyəti göstərən jestidir", - deyə o bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts isə ABŞ-nin yaxın günlərdə Rusiya nümayəndələri ilə danışıqlar aparacağını bildirib.

Rubio və Uolts bildiriblər ki, ABŞ Ukraynada tezliklə atəşkəsə və münaqişənin həlli üçün danışıqlara başlanacağına ümid edir. /APA

Milli.Az