Tramp Zelenskini yenə Ağ Evə dəvət edəcək

11 Mart 2025 23:52

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edə biləcəyini etiraf edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Ukrayna Prezidenti Zelenskini yenidən Ağ Evə dəvət edəcəyəm. Ukrayna bu atəşkəs təklifini qəbul etdi və ümid edirəm ki, Rusiya da belə cavab verəcək. İnanıram ki, yaxın günlərdə hərtərəfli atəşkəsə nail ola biləcəyik. Düşünürəm bu həftə Putinlə görüşə bilərəm", - Tramp açıqlayıb.

Bu açıqlama ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların başa çatmasından az sonra verilib.

Qeyd edək ki, Zelenski ötən gün amerikalı həmkarına məktub göndərərək Ağ Evin Oval kabinetində baş verən insidentə görə ondan üzr istəyib.

Milli.Az