Emin CeyLo ilə tanışlığından danışdı

12 Mart 2025 07:15

Xalq artisti Emin Ağlarov dünya ulduzu Cennifer Lopeslə tanış olmasından danışıb. 

Milli.Az xəbər verir ki, müğənni 20 il əvvəl tanış olduqlarını deyib. 

"Atam Amerikadan gəldi və dedi ki, Cennifer Lopesin yardımçıları ilə görüşüb. O, ilk geyim kolleksiyasını təqdim edəcək. Onun mağazasının Rusiyada alış-veriş mərkəzimizdə açılmasını istədi. Bir il sonra onun ilk mağazası Rusiyada açıldı. CeyLo həmin vaxt Mark Entoni ilə görüşürdü. Onlar açılışa birlikdə gəlmişdilər. 

Sonra onun Bakıda konsertini etdim. 20 min tamaşaçı gəlmişdi. Uğurlu alındı, özüm də konsertdə çıxış etdim. Sonra onunla kulisdə də görüşdük" deyə, o, əlavə edib. (Axşam.az)

Milli.Az