Yerevandakı partlayışların səbəbi nə idi?
14 İyul 2012 12:21
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisəni araşdıran ekspertiza belə bir nəticəyə gəlib.
Ermənistanın baş polis idarəsinin istintaq idarəsinin rəisi Arsen Avakyan deyib ki, hadisə yerinə 7 min şar gətirilmişdi. Həmin şarlar heliumla deyil, metan qazı ilə doldurulmuşdu.
1 hava şarının helium ilə doldurulması 700 erməni dramına (təxminən 1,7 dollar) başa gəlir. Şarların metan qazı ilə doldurulması isə iki-üç dəfə ucuzdur.
Milli.Az