Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Bu vəzifə mayor Ruslan Mehtiyevə həvalə olunub.
Qeyd edək ki, o, buna qədər müavin vəzifəsində çalışıb.
Milli.Az