Rəna Nəsirovaya yeni VƏZİFƏ VERİLDİ

11 Mart 2025 20:20

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tədbirlərin təşkili, beynəlxalq münasibətlər və protokol, İctimaiyyətlə əlaqələr və kommunikasiya, turizmin inkişafı, layihələrin idarəolunması kimi sahələrin kurasiyası üzrə Aparat rəhbərinin müavini vəzifəsinə yeni təyinat olub.

Milli.Az xəbər verir ki, bu vəzifəyə Rəna Nəsirova təyin edilib.

Bu vəzifəsinə qədər o, "SOCAR RUS" şirkətində Administrasiya rəhbəri vəzifəsində olub.

Bundan başqa, Rəna Nəsirova 2013-2020-ci illərdə AzTV-də (Azərbaycan Televiziya və Radio Verilişləri QSC) İngilis dili xəbərlərinin aparıcısı, müxbir qrupunun rəhbəri, 2020-2023-cü illərdə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində İctimaiyyətlə əlaqələr üzrə koordinator, 2023-cü ildən isə SOCAR-da müxtəlif vəzifələrdə çalışıb. (qaynarinfo.az)

Milli.Az