Mbappe bunu bacaran ilk fransalı oldu

11 Mart 2025 20:59

"Real Madrid"in hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu bunu La Liqanın "Rayo Valyekano" ilə oyununda (2:1) fərqlənməklə bacarıb.

Kilian "Real Madrid"dəkı debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb.

Bununla da o, hər hansı bir klubda debüt mövsümündə 29 və daha çox qol vuran ilk fransız futbolçu adını qazanıb.

Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi - 1982/1983 mövsümündə "Yuventus"un heyətində əfsanəvi oyunçu 28 qol vurmuşdu.

Qeyd edək ki, Mbappe ötən yay transfer pəncərəsində "Real Madrid"ə keçib və klubla 2029-cu ilə qədər müqavilə imzalayıb. Futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Milli.Az