"Fənərbağça"nın gənc futbolçusu "Manchester United Napoli" , "RB Leipzig" və "Atletico Madrid" kimi klubların skautları tərəfindən yaxından izlənilir.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, ulduzunu "Fənərbağça"da parladan Yusuf Akçiçək Joze Mourinyonun xüsusi diqqət mərkəzindədir.
Mövsümün əvvəlində Aston Villadan gələn təklif klub tərəfindən rədd edilib. İndi isə rəhbərlik futbolçunun gələcəyini təmin etmək üçün maaşını 1 milyon TL-dən 10 milyon TL-yə qaldırır və müqaviləsini 2030-cu ilə qədər uzadır.
"Fənərbağça" rəhbərliyi Yusufu bu mövsüm buraxmağı planlaşdırmır. Bunun əvəzinə, onu Çempionlar Liqasında parlatmaq və daha yüksək qiymətə satmaq istəyirlər.
Yeni müqavilənin rəsmi elanının yaxın günlərdə verilməsi gözlənilir.
Fidan
Milli.Az