"Şamaxı" Ayxan Abbasovla bağlı yekun qərarını verdi

11 Mart 2025 18:07

"Şamaxı" klubu baş məşqçisi Ayxan Abbasovla müqaviləni uzatmaq qərarına gəlib.

Milli.Az  xəbər verir ki, 44 yaşlı mütəxəssis qarşıdakı mövsümdə də komandaya başçılıq edəcək. Onunla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Abbasov ötən ilin yayından "Şamaxı"nın baş məşqçisidir. /Sportlife.az

Milli.Az