Bakı-Moskva sərnişin təyyarəsi üçün PUA təhlükəsi: bu şəhərə yönləndirildi

11 Mart 2025 15:56

Bu gün səhər saatlarında Bakı-Moskva reysi ilə uçan sərnişin təyyarəsi Kazandakı ehtiyat aerodroma yönləndirilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bu, Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Airbus A320-214 sərnişin təyyarəsi olub.

Təyyarə Moskva vilayəti yaxınlığında havada iki dəfə dövrə vurduqdan sonra Kazana yönəlib. 

Alternativ aerodroma getməyə səbəb Moskva hava qovşağının hava limanlarında PUA hücumları olub. /"Unikal"

Milli.Az