Bayram hazırlığı edirdilər, partlayış oldu: oğlu ÖLDÜ, ana isə...

11 Mart 2025 15:50

Ərdəbildə şəxsi mənzillərdən birində bayram şənliklərində istifadə etmək üçün partlayıcı maddələrin hazırlanması zamanı güclü partlayış olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, alışdırıcı maddələrin partlaması nəticəsində 45 yaşlı ana və onun 15 yaşlı oğlu ağır yaralanıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin ötən gün axşam həyatını itirdiyi bildirilib.

Milli.Az