Dünya klublarının reytinq cədvəli: "Qarabağ" və "Zirə" GERİLƏDİ, "Sabah" isə...

11 Mart 2025 15:26

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 3 təmsilçisi var.

"Qarabağ" əvvəlki reytinqə nisbətdə 16 pillə geriləyib. Qurban Qurbanovun komandası 147,75 xalla 103-cüdür.

"Zirə" 208-ci yerdən 219-cu sıraya (98,25 xal) enib.

"Sabah" isə 61 pillə irəliləyib. 68,5 xala malik paytaxt klubu "Bravos do Maqeş" və "Kilmarnok"la 353-cü yeri bölüşür.

Cədvələ 507 xalla "Real" liderlik edir. "Bayer" 404 xalla 2-ci, "Atalanta" isə 386 xalla 3-cüdür.

Milli.Az