Aparıcı Elgiz Əkbər efirdə Xalq artisti fəxri adını daşayan qadın sənətçini tənqid edib.
Milli.Az buna səbəb həmin Xalq artistinin Elgizin aparıcısı olduğu "Elgizlə izlə" verilişinə natəmiz şəkildə qonaq gəlməsi olub.
E.Əkbər hadisəni bu şəkildə nəql edib:
"Verilişimə qadın bir Xalq artisti gəldi. O çox nadir hallarda efirə çıxır. Onun xətrini çox istəyirəm. Amma efirə gecikmişdi. Gördüm ki, studiyanın arxasında dayanıb. Canlı efir gedir, heç kimə deyə bilmirəm ki, bəs bu Xalq artisti niyə görə hələ də paltarını dəyişməyib. Birdə gördüm ki, o artıq studiyaya daxil olmaq istəyir. Məndə onu efirə çağırdım. Gəldi oturdu yanımda. Əyninə qara rəngli köynək geyinmişdi. Evdən çıxanda ya qatıq ya da ki ayranı götürüb çəkib başına o da ağzının yanında dağılıb düşüb sinəsinə. And olsun Allaha onun köynəyinin üstündə ya dovğa ya da ki qatıq ləkəsi var idi. Saçını arxadan yığmışdı. Elə bil ki, saçına 15 gündür ki, su dəymir. O qədər bərbad idi ki... Yanında da oturmuşdum, onun tərinin qoxusundan baş çatlayırdı. Bu qədər hörmətsizlik olar? Mən gərək o Xalq artistini efirdən yola salardım. Nə olsun ki, Xalq artistidir. Bəs xalqın artisti o şəkildə efirə çıxar? Məttəl qaldım, bu qədər məsuliyyətsizlik olar? Demir ki, mən Xalq artistiyəm, efirə çıxıram, saçıma, geyimimə əl gəzdirim. Düşündüm ki, onun yaxasındakı o ləkə bəlli olmaz. Amma efirdən sonra onun çox sayda həmkarı mənə zəng edib, onu tənqid etdilər. Bir Xalq artisti isə əsəbdən telefonda ağladı. Dedi ki, niyə o Xalq artisti o şəkildə efirə çıxıb, adımızı batırır".(olay.az)
Milli.Az