Şeyma misirli ərindən buna görə boşanıb : "Allah bizi belə insanlardan qorusun" - FOTO

11 Mart 2025 12:40

Şeyma Subaşı 2023-cü ilin may ayında evləndiyi ikinci əri Məhəmməd Əlsaloussidən ayrılmasının səbəblərini ilk dəfə açıq şəkildə danışıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, "YouTube" proqramında şəxsi həyatına dair açıqlamalar verən Subaşı keçmiş ərinin onu manipulyasiya etdiyini və bu münasibətdə özünə hörmətini itirdiyini bildirib:

"Güzgüyə baxanda özümü tanımırdım, öz dəyərlərimi necə bu qədər aşağı sala bilərdim? Bu adamın mənə bunları etməsinə necə icazə verdim?" 

Subaşı keçmiş ərinin onu psixoloji olaraq nəzarət altında saxladığını iddia edərək belə deyib:
"Qarşındakı insan o qədər dəli və sosiopatik bir şeydir ki, səni hər şeylə aldada bilər. Allah bizi belə insanlardan qorusun. Bu, mənim ən böyük duamdır".

Qeyd edək ki, Subaşı və Əlsaloussi 5 aylıq evlilikdən sonra ayrılmışdı.

Fidan
Milli.Az